Saat 22:15-də ATV kanalında efirə gedən “Maşın” realiti-şounun canlı yayımında problem yaşanıb.
Publika.az xəbər verir ki, texniki nasazlıq 40 dəqiqədən çoxdur ki, davam edir. Verilişin aparıcısı Murad Dadaşov instaqram səhifəsində texniki nasazlıq barədə açıqlama verib:
“Canlı yayımdayıq, texniki məsələlərdən dolayı efirimiz kəsilib. Biz ATV kanalında deyilik, çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aparılır. Ümidvaram ki, tezliklə canlı efirə qoşula biləcəyik”.
Xatırladaq ki, final oyununda Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu qalıb.