“Tükəndim” deyə Berlinə qaçan son dönəmlərin məşhur aktrisası Məryəm Üzərli Türkiyəyə dönəcək.
Teleqraf.com xəbər verir ki, bu günlardə Star TV ilə 2 milyonluq müqavilə imzalayan ulduzun maraqlı şərtləri var: seçdiyi prodüserin seriallarında ,əkiləcək, hər seriya üçün 60 min lirə alacaq, İstanbulda ona ev tutulacaq, evin kirayə haqqını prodüser ödəyəcək, həftənin 3 günü Almaniyaya gedəcək və təyyarə biletlərini də prodüser alacaq.
Beləcə tamaşaçılara sevilən aktrisanı yeni layihələrdə görmək nəsib olacaq.
Ülkər