14 Avqust 2014 22:16
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Məryəm Üzərli Türkiyəyə qayıtmağa qərar verib.

Teleqraf.com tabloid.az-a istinadən xəbər verir ki, yaşadığı “tükənmişlik sindromu” səbəbi ilə rol aldığı “Möhtəşəm yüz il” serialından ayrılıb Almaniya gedən aktrisa Türkiyəyə qayıtmaq üçün bir sıra şərtlər irəli sürüb.

“Star TV” ilə 2 milyon lirəyə anlaşan Məryəmin şərtləri isə bunlardır:

Bölüm başına 60 min lirə alacaq;

Çəkilişlər 9 saatdan artıq davam etməyəcək;

İstanbulda bəyəndiyi evi kirayələcək və kirayə haqqını pörodüsser şirkəti ödəyəcək;

Aktrisa həftənin 3 günü Almaniyada olacaq;

Almaniyaya gediş-gəliş biletlərini də şirkət ödəyəcək.

Məryəmin bütün şərtləri qəbul olunub.

Qeyd edək ki, Məryəmin müqaviləsinin müddəti 2 ildir. Beləliklə aktrisa 2 ilə 2 milyon qazanacaq.


Müəllif:

Oxşar xəbərlər