Müğənni Aynur Dadaşova yenidən sənətə qayıtmasından danışıb.
Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, illərdir sənətindən uzaq düşməsinə baxmayaraq, tamaşaçıları onu unutmayıb:
“1990-cı ildən bu sənətdəyəm. Fəaliyyətimin 30 il olmasına az qalıb. Tamaçılarıma çox sağ olumu bildiriəm ki, illərdir sənətdən uzaq düşsəm də məni unutmadılar. Tamaçının gözü tərəzidir, sənətə qiymət verirlər. Özümü tərifləyim, deyim ki, yalnız mənim mahnılarıma qulaq asın, bu mümkün deyil. Bu gün bir müğənnini sevmirlərsə, onun bu sənətdə olmağının adı yoxdur. Elələri çox kliplər çəkdirir, mahnılar oxuyur. Amma anlamır ki, tamaşaçı səni qəbul etmir. Bu sənətdə 5-10 milyon pul xərcləməklə deyil. Əsas tamaşaçının səni qəbul etməyidir. Şükürlər olsun ki, zamanında tamaşaçılar məni qəbul edib”.
Qeyd edək ki, A.Dadaşova övladları dünyaya gələndən sonra yaradıcılıq fəaliyyətini dondurmuşdu.