Müğənni Elmira Ələkbərzadə yenidən kökəlmək qərarına gəlib.
İfaçı bu barədə Teleqraf.com-a danışıb. O bildirib ki, dietoloqu ona yenidən kökəlməyin vacib olduğunu bildirib: “Daim yeməklərimə diqqət edirəm. Süfrədən bir az ac dururam. Bu mütləqdir. Bir tək zəif cəhətim var, qazlı içkilərdən imtina edə bilmirəm. Hətta həyat yoldaşıma qadağa qoymuşam ki, evə qazlı içki almasın. Amma buna baxmayaraq, ayda bir-iki dəfə də olsa, istifadə edirəm. Lazım olduğundan artıq çəki vermişəm.
Dietoloq Leyla 2-3 kilo kökəlməyimin vacib olduğunu söylədi. İndi kökəlməliyəm. Qida rasionumda dəniz məhsullarına çox yer verirəm. Çünki faydaları çoxdur. Oğluma da verirəm. Formada qalmağımın tək sirri yediklərimə diqqət etməyimdir”.
Qeyd edək ki, E.Ələkbərzadə ana olduqdan sonra 85 kilodan 48 kiloya qayıtmışdı.