12 Sentyabr 2018 14:32
3 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü ilə Mənzurə Musayeva arasında qalmaqal yaşanıb.

Teleqraf.com-un məlumatına görə, “Hər şey daxil” verilişində G.Şükürlü M.Musayeva barədə ittihamlar səsləndirib: “Bir toyda Mənzurə salam vermədən yanımızdan keçdi. Sonra başladı oxumağa. Toy yiyəsi də məndən elə bir mahnı istəmişdi ki, o musiqiyə sözlər yox idi. Amma Mənzurə həmin musiqinin üstünə mahnı oxudu. Mənzurə oxuyub qurtarandan sonra yenidən o mahnını ifa etdim. Bu zaman o durub mənim üstümə gəldi. Dedi ki, sən niyə mənə ilişirsən? Mən də "toy yiyəsi nə istəyib, onu da ifa edirəm" dedim. Gördüm ki, deyinir. Qarmonu kənara qoydum, yaxınlaşdım ki, nə olub? Söylədi ki, mən ayda 30 toya gedirəm. Mən də dedim ki, nə olsun? Adın ki, Mənzurədir. Respublikamızda 2 min müğənni olar, amma sən o siyahıda yoxsan. Amma 20 qarmon ifaçısı varsa, mən o siyahıda varam”.

M.Musayevanın G.Şükürlüyə cavabı gecikməyib: “Gülbahar, halal olsun, yaxşı danışmısan. Özü də bilmir ki, nə danışır. Ağzına gələni deyib. Sənin belə danışmağını bilmirdim. Verilişə açıqlama verəndən sonra mənə zəng etdin, yalvardın ki, müsahibə vermişəm, amma pis anlama. Özü də dedi ki, Tolik məni məcbur etdi, danışdım. Mən qalmaqalla gündəmə gəlməmişəm. Xalq məni sevir. Gülbahar getsin qarmonunu çalsın, başqa işə qarışmasın. Bu insanların paxıllıqları artıq bitsin”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər