Müğınni Zamiq Hüseynov konsert vermək istəyir.
Teleqraf.com xəbər verir ki, sənətçi İnstaqramda izləyicilərinə belə bir sual ünvanlayıb: “Dostlar, deyirəm, bəlkə gözəl bir konsert edək? Nə deyirsiz, məni dəstəkləyirsizmi? Sizin dəstəyiiniz vacibdir”.
Məlumatı Zamiq Hüseynovun meneceri Şahin Qurbanov da təsdiqləyib. O, tezliklə müğənninin böyük bir konsertə imza atacağını bildirib.
Hələlik məkan və tarix barədə dəqiq məlumat verilməsə də konsertin ilin əvvəlində Bakıda reallaşacağı qeyd olunub.
Xatırladaq ki, Zamiq sonuncu dəfə mayın 5-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında solo konsert verib.