Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova doğma atasından danışıb.
Teleqraf.com-un məlumatına görə, o, “Səhər-səhər” verilişində bildirib ki, atası onu övlad kimi qəbul etməyib:
“Atam yanımdan keçsə, onu tanımaram. Onu 14 yaşımda axtarıb tapdım, amma məni qəbul etmədi. Dedi ki, mən səni istəmirəm. Sən adlı övladım yoxdur. Niyə belə dediyini bilmirəm. Üstündən bir müddət keçəndən və mən modelyer, müğənni kimi tanınandan sonra başqa adamlar atamın adından nənəmə, anama zəng etdi ki, atası Aysunu görmək istəyir. İndi Aysunun pulu var deyə görmək istəyirsən?
Mən gözümü açandan bir ata görmüşəm, o da mənim anamın hazırki həyat yoldaşıdır. O mənə öz uşağından çox diqqət göstərir. Hər gün məndən soruşur ki, qızım, nəyə ehtiyacın var?
Doğma atam qocalanda mənə ehtiyac duysa, ona baxmayacam. Mənə lazım olanda o harda idi? Çünki mən 14 yaşımda anamdan gizlin sevinə-sevinə atamı görməyə getdim, amma o məni qəbul etmədi”.