21 Sentyabr 2018 12:48
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Stop” verilişində bildirib ki, qarşısına ideal bir bəy çıxsa, ailə quracaq: “Mənim kişilər kişisi olan sənətim var. Hansı kişi məni belə geyindirib, bəzəyib-düzəyər, yedizdirər? Özü də ömür boyu... Tək məni yox, ailəmi də...

Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm.

Etiraf edirəm ki, ailəm, övladlarım, qohumlarım, keçmiş həyat yoldaşım da ailə qurmağıma yaxşı baxar. Amma indiki gündə gözəl sənətimə görə heç nəyə ehtiyacım yoxdur.

Keçmiş ərimlə heç vaxt ailə ola bilmərik. Ayrılan zaman birləşə bilməz. Oldu, bitdi və getdi”.


Müəllif: Aygül Qarayeva