Xalq artisti Aygün Kazımova şou-biznesdən uzaqlaşdığını deyib.
Teleqraf.com-un məlumatına görə, ifaçı telekanallardan birinə bildirib ki, artıq əvvəlki kimi qalmaqal etməyəcək:
"Hər kəs danışanda öz mədəniyyətini nümayiş etdirir. Orada təbii ki, mən yoxam. Neqativ danışmaq istəyən, qeybət edənlərə blok qoyuram. Eşidirəm, amma eşitmirmiş kimi davranıram.
Şou-biznesi yaradan mənəm, ondan bu qədər uzaq olan da mən... Gecə həyatı demək olar ki, yoxdur məndə. Məsələn, dostlarım üzümə həsrətdirlər. Onlar məni səhər tezdən görə bilərlər. Bir çox məsafələr var ki, onları qoruyub saxlamaq lazımdır".