25 Sentyabr 2018 01:25
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu “Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar Hüseyn və Laçın Əbdülhüseynov qardaşları olub.

Teleqraf.com xəbər verir ki, onlar göstərdikləri şou ilə tamaşaçıları təəccübləndiriblər.

“Biz layihəyə ona görə gəldik ki, əsl kişilərin heç nədən qorxmadığını göstərək”, - deyə qardaşlar efirdə bildiriblər.

“Alimlər, müğənnilər, rəssamlar, aktyorlar öz ölkələrini məşhur edir. Ancaq mən əminəm ki, bundan sonra kimsə Azərbaycanın adını çəkəcəksə, o zaman bu iki qardaş ağıllara gələcək, yaxud da bunun əksi baş verəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər