1 Oktyabr 2018 11:44
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Niyam Salami ilə həmkarı Ramal İsrafilov arasında qalmaqal səngimək bilmir.

Teleqraf.com-un məlumatına görə, telekanalların birinə danışan Niyam həmkarı barədə bu sözləri deyib:

"Pərdəarxası başqa bir söz var idi. Onu mənə müğənni Kərim dedi. Məndə aqressiya yarandı və verilişdə şəklini atdım. Rəhim mənim şəklimi atmışdı ki, bu sənin cəzandır. Mən Rəhimə nə dedim? Müğənni nəsə danışmalıdır ki, şou olsun. O da ciddi qəbul etmişdi. İstəyirlər ki, tamaşaçı mənim aqressiv üzümü görsün.

Amma lazım deyil. Arsız insan deyiləm. Arsızcasına münasibət saxlaya bilmərəm. Verilişə görə susub keçirəm. Dilim Allahdan başqa heç kimi yanında qısa deyil. Camaatın anası, bacısı heç evində yemək bişirə bilmir.

Qəzaya düşəndə Rəhimlə danışdıq, dedim gəlmə. Gəlmişdi qəza olan yerə ki, görsün necəyəm. Maşında mənimlə duz-çörək kəsən, evimdə yatan, corabımı geyinən adamlar oturmuşdu. Özü düşməmişdi maşından. Hanı mənim duz-çörək kəsdiyim adamlar? Bəlkə mənim başım iki yerə bölünmüşdü? Bir az da zəhərimi Rəhimə tökdüm. İnciklik oldu. Məni yandıran elə insanlar olub. Hələ sən Rəhimin yerinə gəl çıx...".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər