4 Oktyabr 2018 10:27
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Gülay Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Ağayevanın müdafiəsinə qalxıb.

Teleqraf.com-un məlumatına görə, "Bizimləsən" verilişinə gələn ifaçı aktrisanı qınayanlara səslənərkən, göz yaşlarını saxlaya bilməyib:

"Ola bilər, kənardan güclü xanım kimi görsənə bilərəm, amma çox zəif biriyəm. İnsanların dərdinə dözməyə məndə ürək yoxdur. Mən Tünzaləni belə görməyə öyrəşməmişəm. Çünki biz el şənliklərində, toyda tez-tez rastlaşırıq, o, anaların, bacıların əlinə xına yaxmaq üçün bu həyata gəlib.

Allah sənin balanı xoşbəxt eləsin. Dərdi verən də Allahdır, alan da. Onun işini heç kim bilməz. Allah səni o bir balana bağışlasın".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər