21 Avqust 2014 22:30
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumral maraqlı açıqlamalar verib. Publika.az-a danışan sənətçi bildirib ki, xalq artisti Rafael Dadaşovla tərəf müqabili olmaq istəyir:

“Hansısa filmdə, ekran əsərində Rafael Dadaşovla tərəf müqabili olmaq istərdim. İstərdim ki, o, filmdə mənim sevgilim olsun. Mərhum sənətkarlardan isə Şahmar Ələkbərzadəylə eyni filmdə rol almaq çox xoş olardı”.

T.Qumral “Erotik epizodları olan filmdə rol alardınızmı” sualına isə belə cavab verib:

“Yox, yox, sırf erotik səhnəyə çəkilməyə razılıq verməzdim, imtina edərdim”.

Müğənni sənətində və imicində edəcəyi dəyişikliklərdən danışıb. Sənətçi bildirib ki, son aylarda xeyli çəki itirib:

“Hazırda idmanla məşğulam, 15 kilo arıqlamışam. Amma bu, bir günə olmayıb. Son altı ildə tədricən çəkimi 15 kilo saldım. Əvvəl çəkim 85 kiloqram idisə, indi 68-dir. Boyum isə 167 santimetrdir. Yüz faiz əminəm ki, əla formadayam. Çox güman ki, qışa doğru geyimlərimdə də dəyişikliklər olacaq”.

T.Qumral sənət yeniliklərindən də danışıb:

“Payız aylarında iki mahnıya klip çəkdirəcəyik. Onlardan biri lirik janrdadır. Digəri isə “Sevənlər inciməsin” adlı ritmik mahnıdır”.


Müəllif:

Oxşar xəbərlər