Azərbaycanın tanınmış müğənnisi Əli Mirəliyevin səhhətində problem yaranması xəbəri yalan çıxıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, ifaçı həftənin cümə günü mətbuata müsahibəsində başına iş gəldiyini, ayağının əzildiyini demişdi.
Ancaq müğənni həmin açıqlamanı verən gün aşıq Namiq Fərhadoğlunun ad günü məclisinə qatılıb. Hətta həmin gecənin ən fəal qonağı olub. Müğənni məclisdə canlı ifa edib, daha sonra Rəşid doktorla rəqs edib.
Qeyd edək ki, Əli Mirəliyev bu sözləri demişdi: "Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. Sağ olsun həkimlər, yardım etdilər. İynə vurdular, ağrıdan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm".