Azərbaycanlı müğənni Mənzurə Musayeva “Səhər-Səhər” verilişində gözlənilməz hadisə ilə qarşılaşıb.
Teleqraf.com-un məlumatına görə, efirə zəng edən bir xanım 3 yaşlı uşağını ifaçıya vermək istədiyini bildirib.
İfaçı isə ananın bu addımını pisləyib və göz yaşlarına hakim ola bilməyib:
“İstəmirəm, ana balasından imtina etsin. Qıraqdakı ona nə qədər yaxşı baxsa da, ana anadır. Anası olmasa, bəlkə də baxaram. 3 yaşı var uşağın. O artıq anasını hiss edir. Bu, artıq mənə yamaqdır. Həmişə fikrində qalacaq ki, anam məni aparıb verdi. Mən o anaya pis baxıram. Elə ana olmaz. Ana necə balanı ata bilər. Yenə məni ağladırsız burda. Bala şirinliyi görməmişəm, amma mən o ata, ananı pisləyirəm. O mövzuya toxunmayın”.