Müğənni Nura Suri yeni mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, o, sözü və musiqisi Nazan Öncelə aid olan “Yalnızlar treni” mahnısını ifa edib.
İlk dəfə türkiyəli ulduz Sibel Can tərəfindən oxunan bəstəni bu ilin yayında “Ve Nazan Öncel şarkıları” albomunda Tarkan səsləndirib.
Surinin mahnını ifa etməsinə səbəb onun yeni versiyasını bəyənməsi ilə bağlıdır.
Qeyd edək ki, mahnını Osman Həmidov aranjiman edib. Bəstə Nura Surinin rəsmi "Youtube" kanalında təqdim olunub. “Cover” fotonunun müəllifi isə fotoqraf Niko Abbasovdur.