1 Noyabr 2018 23:14
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşı müğənni Sila Gəncoğlunu döyməkdə ittiham olunan aktyor Əhməd Kural olayla bağlı ilk açıqlama verib.

Teleqraf.com xəbər verir ki, aktyor müğənnini döymədiyini bildirib: "Əvvəla, belə xoşagəlməz hala görə qarşınıza çıxdığım üçün üzgünəm. Çirkin iddiaların heç birini qəbul etmirəm. Oktyabrın 28-də Sila və ailəmlə birlikdə yemək yedik. Gülə-gülə evimizə gəldik. Detalları polisə verəcəyim ifadəmdən biləcəksiniz. Aramızda mübahisə oldu. Bu zaman qolundan tutdum. Bunun xaricində heç bir iddianı qəbul etmirəm. Hüquqi yollarla məsələni həll edəcəm. Çox üzgünəm, çox".

Qeyd edək ki, müğənni Sila sevgilisi Əhməd Kural tərəfindən döyülməsi ilə əlaqədar məhkəməyə müraciət edib.

Məhkəmə Silanın 3 ay müddətinə mühafizəsi ilə bağlı qərar çıxarıb.

Məhkəmə binasından çıxan müğənninin gözündəki qırmızı ləkələr diqqətdən yayınmayıb və bu, siosial medianın gündəminə çevrilib. Bu sırada qara eynək taxan Silanın gözünün kənarındaki iz maraq doğurub və müğənninin döyülməsi xəbərinin sürətlə yayılmasının ardından onun qolunun da göyərdiyini əks etdirən şəkillər də ortaya çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər