Müğənni Şəbnəm Tapdıqla həmkarı Şəbnəm Qəhrəmanova arasında qalmaqal yaşanıb.
Teleqraf.com-un məlumatına görə, “Show news” verilişinə açıqlama verən Şəbnəm Qəhramanova bildirib ki, Şəbnəm Tapdıq onun adının dəyişdirilməsini istəyir: “Daha eyni söhbət nə qədər olar?.. Şəbnəm Tapdıq bir daha mənə adını dəyiş desə, onu məhkəməyə verəcəm.
Hansı verilişə çıxıram, deyirlər ki, Şəbnəm xanım zəng eləmişdi. Adımı dəyişməyəcəm. Bax mən beləyəm. Nəyə görə susmalıyam”.
Məsələ ilə bağlı Şəbnəm Tapdıq da danışıb: “Mən öz işimdə, gücümdəyəm. Moskva turunu düşünürəm. O barədə fikirləşmirəm. Mənə şər atdığınıza görə sizi polisə verə bilərəm. Bu cür suallarla məni narahat etməyin. Mən Şəbnəm Tovuzludan başqa Şəbnəmi tanımıram”.