Müğənni Bahar Lətifqızı “Şou ATV” verilişində qonaq olub.
Teleqraf.com-un məlumatına görə, veriliş zamanı aparıcı Nanə Ağamaliyeva ifaçıdan ata mövzusunda mahnı oxumağı xahiş edib. Bahar isə bundan imtina edib:
“Atanın nə olduğunu bilmirəm, o hissi duymuram. Atam bayırdan gəlib mənə yemək verməyib, paltarımı almayıb. Gəlib qucağında otuzdurmayıb. Buna görə oxuya bilmərəm.
Üstümə çox gəlirlər, mən oxuya bilmərəm. Ən həssas yerimiz anadır, onun haqda ifa səsləndirərəm. Amma ata haqqında yox! H əyatımın qaranlıqları atasızlığımdan, sahibsizliyimdəndir. Mənə çox təsir edir, bağışlayın”.