Müğənni Nadir Qafarzadənin "Bizimləsən" verilişində halı pisləşib.
Teleqraf.com-un məlumatına görə, proqrama qatılan qadın anasını qocalar evinə vermək istədiyini bildirib. Evindən ayrılmaq istəmədiyini deyən yaşlı qadını görən Nadir hönkürtü ilə ağlayıb:
"Halım çox pisdir, üzr istəyirəm. Elə bil ki, öz dərdimdir. Xanımla danışdım, ana getmək istəmir. Həyatda necə talelər var".
Halı pisləşən Nadirə dərman veriblər.