9 Noyabr 2018 21:56
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhlükəsiz sahil” serialı ilə məşhurlaşan kanadalı aktrisa Pamela Anderson bir televiziya proqramında qalmaqallı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, 51 yaşlı aktrisa Hollivuddakı təcavüz hadisələrinə qarşı başladılan kampaniyadan danışıb:

“MeToo hərəkatı mənim üçün həddindən artıq şişirdilib, dediyim sözlərə görə öldürülə bilərəm. Məncə, feminizm çox qabağa qaçıb. Mən də feministəm, amma feminizmin üçüncü dalğası çox yorucudur və kişiləri fəlakətə sürükləyir.

Anam mənə tanımadığım şəxslə otelə getməməyi öyrədib. Məncə, belə şeylər sağlam düşüncənin bəhrəsidir”.

Qeyd edək ki, bu sözlərdən sonra Pamela Andersona müxtəlif reaksiyalar göstərilib.


Müəllif: Aytən

Oxşar xəbərlər