Xalq artisti Faiq Ağayev deputat olmaq istəyir.
Teleqraf.com-un məlumatına görə, müğənni bu barədə “Kim var, kim yox?” verilişində danışıb:
“Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlilərimiz mənə dəstək versə, təbi ki, daxilimdə potensial görürəm.
Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət…”