Müğənni Rəqsanə İsmayılova təzə doğulmuş qızı Mehrimahın səhhəti barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı xəstəxanadan görüntü paylaşaraq, övladının vəziyyətinin yaxşı olmadığını deyib:
"Bu böyüklükdə dəhliz mənə dar gəlir. Böyük adamın dili var, danışır, dərdini deyir. Amma bu dilsiz-ağızsız körpələr deyə bilmir. Tanrım özü kömək olsun. Həyatımda o qədər çətinliklərdən keçmişəm, yıxılmışam, qalxmışam. Çox sınayıb məni həyat. Yenə də ayaqda durmağa güc tapmışam. Sınmamışam. Daha da möhkəmlənmişəm.
Amma bu necə çətin sınaqdır. Taqətim yoxdu, dözə bilmirəm, bacarmıram. Güclü qadından əsər-əlamət yoxdur. Ana üçün o qədər çətindir. Ümid Allahadır. Bircə dua, səbr..."
Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Məhəmməd adı qoyub.
Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.