25 Avqust 2014 12:47
5 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yayımlanan və yayın ən iddialı şousu hesab olunan “Çılpaqlar yarışması” məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, VH1 kanalında ekrana çıxacaq “Dating Naked – Çılpaq flirt” adlanan yarışmanın 28 yaşlı iştirakçısı Jessie Nizewitz bədəninin intim hissələrini efirdə qapanma effekti vurmadan yayınladığına görə şirkəti məhkəməyə verib. Qeyd edək ki, yarışmanın tələblərinə görə, iştirakçılar tamamilə lüt yarışmalıdırlar.

İştirakçı Jessie Nizewitz deyir ki, efirdə yarışanların bədənlərinin müəyyən hissələrinin effektlərlə qapanması razılaşdırılmışdı: “Amma bəzi hissələrdə bədənim təmamilə açıq görünür. Ona görə də özümü aldadılmış və istifadə olunmuş kimi hiss edirəm. Şirkəti buna görə məhkəməyə verdim”.

Qeyd edək ki, yarışmada yalnız subay qadın və kişilər iştirak edir. Yarışma lüt iştirakçıların məcaraları üzərində qurulub. Çəkilişlər isə Panamanın lüks bir istirahət mərkəzində həyata keçirilir.

Ülkər


Müəllif:

Oxşar xəbərlər