Türkiyədə yaşayan Azəri Günel Zeynalova niyə ailə qura bilməməsinin səbəblərindən danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “ATV şou” verilişində bildirib ki, hazırda sevdiyi şəxs yoxdur:
“ Nə zaman ailə quracağımın tarixini, zamanını Allah yazıb. Mənim üçün həyatda insani hörmət hər şeydən önəmlidi. Ailə quracağım şəxsdən hər zaman hörmət və yalansız həyat istəmişəm. Bir insanda görmək istədiyim yalnız bu xüsusiyyətlərdir”.
Qeyd edək ki, Günel Zeynalova 3 dəfə nişanlı olub və ayrılıb.