Müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədova ilə küsülü imiş.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Hər şey daxil” verilişində prodüser Tolik (Tarix Əliyev) məlumat verib.
Mətanət Əsədova canlı yayıma zəng edərək, Manafla incikliyindən danışıb:
“Mən Manafla su kimi təmiz, bacı-qardaşıq. Həqiqətən, o mənim canım, əzizimdir. Yusif Mustafayev də mənim dayımdır. Manaf məndən öncə sənətə gəlib. Yaşda da məndən böyükdür. Böyük-kiçik yeri bilən adamdır. Kiçik olduğuma görə də səhv edə bilərəm. O böyükdü, mənim səhvimi üzürlü saya bilər. Aramızda balaca bir anlaşılmazlıq oldu”.
Manaf Ağayev isə Mətanət Əsədovaya cavab olaraq, “O səbəbini deyə bilmir, amma aqressiv danışdığı üçün ondan incimişdim” sözlərini deyib.