25 Avqust 2014 14:59
4 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yaşına baxmayaraq, dünyanın ən çox gəlir əldə edən ulduzlarından biri, seksual müğənni Mayli Sayrus haqqındakı iddia hamını şoka salıb.

Açıq-saçıq səhnə şoularına görə, tez-tez tənqid edilən müğənninin Dominikan Respublikasında verəcəyi konsert ləğv edilib.

Ölkənin paytaxtı Santo Dominqoda sentyabrın 13-də baş tutmalı olan konsertin məhkəmə qərarı ilə ləğv edildiyi bildirilir.

Dominikanın səlahiyyətli şəxslərindən birinin verdiyi məlumata görə, Maylinin konserti əxlaqsız səhnə şoularına görə, ləğv edilib:

“Cəmiyyətin əxlaq və adət-ənənələrini nəzərə almayaraq, bu dəyərlərlə məzələndiyi, həmçinin geyimləri çox açıq-saçıq olduğu, səhnə şouları isə seks və şiddət ehtiva etdiyi üçün onu istəmədik”.

Mayli Sayrus isə ləğv edilən konserti barədə heç bir açıqlama verməyib.

/tabloid.az/


Müəllif:

Oxşar xəbərlər