Gürcüstanın paytaxtı Tbilisidə toy məclisindən çıxan müğənni Şəbnəm Tovuzlu, Zeynəb Həsənli və şairə Nazirə Səfərovanın maraqlı videosu yayılıb. Video müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında toydan qayıdan məşhurlar yorğunluqlarını maşında mahnı oxuyaraq çıxarıblar. Onlar sərxoş olmadıqlarını xüsusi vurğulayıblar:
“Mən həmişə belə danışıb, güləndə elə bilirlər sərxoşam. Camaat deyir ki, bu yəqin vurub. Sadəcə çox yorğunuq. Bizi anamız sərxoş doğub”, deyə Nazirə Səfərova bildirib.