28 Noyabr 2018 13:00
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəvan Qarayev şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, 2 dəfə ailəsi dağılan ifaçı bildirib ki, 3-cü dəfə ailə qurmaq istəmir:

“İnsanın ayağı palçığa bir dəfə batar. Məndə 2 dəfə oldu. İndi palçığın içindəyəm. Ömrü yazan Allahdır. Bundan sonra başıma nə gələcəksə, o bilir. İki dəfə ailə qurdum, hər iki evlilikdən bir qızım var. Allah bütün balaları qorusun. Həftə sonları qızlarımla görüşürəm. Qızlar böyüyür. Ataya qalan qız olur. Bəzən deyirəm ki, nə yaxşı ki, qardaşım olmayıb. Fikrim budur ki, Allah nə qədər ömür veribsə, axıra qədər subay qalacam. Belə yaxşıdır. Artıq problem istəmirəm. Bəzən balaca qızımı evimə gətirirəm, ona özüm baxıram, onda görürəm ki, analar nə çəkir. Övlad saxlamaq çətin işdir”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər