Əməkdar artist Röya Ayxan sevgilisiz qaldığını deyib.
Teleqraf.com-un məlumatına görə, boşanan müğənni bildirib ki, həyatında kişi yoxdur:
"Birincisi, kimsən biləcəksən. İkincisi, özünə güvənəcəksən. Üçüncüsü, əsla unutmayacaqsan. Bax, o zaman hər gün dəyişən, "uğur" adlı yükü daşıya bilən və sevgilisiz yaşayan qadın olarsan. Niyə? Çünki güclüsən, gələn qorxub qaçar".