İki il öncə Amerikaya köçən Türkiyənin tanınmış aktyoru Tolqa Kareldən xəbər var.
Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Amerikada aktyorluq peşəsindən uzaq düşən Tolqa TIR sürücüsü olmaq qərarına gəlib. O bildirib ki, bunun üçün 17 testən keçib:
“Əslində bir çox məsələlərə aydınlıq gətirmək üçün açıqlama vermək istəyirəm. Müflis olduğumla bağlı yazılanlar düzgün deyil. Sağlamlıqla bağlı qurduğum şirkətim hələ də işləyir. Amma Amerikadakı işlərim elə də tez gerçəkləşmir. İki ölkə arasında ciddi viza problemlərimiz oldu. Müflis olmamışam, amma çətin günlərim olub. TIR şoferi olmaq isə mənim uşaqlıq arzum olub. Burada bu işi eləmək elə də asan deyil. Bunun üçün 17 tesdən keçmişəm. Lisenziya almaq çox çətindir”.
Qeyd edək ki, Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evli olub və boşanıb.