7 Dekabr 2018 14:38
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tolik (Tarix Əliyev) gözlənilməz açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, prodüser “Hər şey daxil” verilişində bildirib ki, müğənni Natavan Həbibi ilə küsülü olduğu vaxtlarda onu toylardan uzaqlaşdırıb:

"Natavanla dava edəndə təşkil etdiyim toylarda onu görmək istəmirdim, uzaqlaşdırırdım. Bunu Natavanın özü də bilir.

Bir dəfə elə oldu ki, Natavan toya gəldi, Afaq Gəncəli orada idi. Natavanla Afaq danışmırdı. Afaq da aparıcılıq edirdi. Mən toydakı bütün ansamblımı ayağa durğuzdum. Natavan da zala mahnı ilə girdi. Bunu o, özü də bilirdi. İndi heç kimin çörəyinə bais olmuram".


Müəllif: Aygül Qarayeva