"Bozun 50 çaları" filminin aktrisası Dakota Conson "2018-Mərakeş Film Festivalı"nın bağlanış gecəsində açıq-saçıq dekoltəsi ilə göz qamaşdırıb.
Teleqraf.com xəbər verir ki, 29 yaşlı aktrisa "2018-Mərakeş Film Festivalı"nın münsiflər heyətində yer alıb.
O, bağlanış mərasimində italiyalı aktrisa Monika Belluci ilə bir araya gəlib. Dakota Conson alman aktrisa Daniel Brühl ilə kameraların önündə poz verib.
Aktrisa adıçəkilən erotik filmlərə çəkildiyi üçün tənqidlərə məruz qaldığını bildirib:
“Çox insan məni bu filmlərdə oynadığım üçün tənqid etdi. Amma mən öz obrazlarımdan məmnunam. Çünki məhz bu iki film mənim dünyada tanınmama səbəb oldu. Bundan başqa, həmin obrazlarıma görə, mənə digər layihələrdən də təkliflər gəlib. Həyatım məhz bu filmlərdən sonra tamamilə dəyişdi”.
26 yaşlı ulduz yaraşıqlı tərəf müqabili Ceymi Dornanla olan sevişmə səhnələrindən sıxıldığını da etiraf edib:
“O səhnələr çəkiləndə həqiqətən sevişmirik, sadəcə elə təsəvvür yaradırıq ki, guya sevişdik. Bir səhnə bəzən 7 saat çəkir. Düzü, bu çox sıxıcıdır”.
Xatırladaq ki, Dakota Conson məşhur aktyor Don Consonla aktrisa Melani Qriffitin qızıdır.
Aktrisa “filmi valideynləriniz izləyibmi” sualına belə cavab verib:
“Yox. Şükürlər olsun ki, atam filmi izləməyib və izləməyi də düşünmür”.
Qeyd edək ki, 55 milyon dollar başa gələn filmlərdən 279 milyon dollar əldə olunub. Filmin baş rollarında Dakota ilə yanaşı aktyor Ceymi Dornan da çəkilib.