ATV-də yayımlanan "Maşın şou"nun növbəti günündə səsverməyə aktrisa Aysel Nazim çıxıb.
Teleqraf.com-un məlumatına görə, o, səs toplayacağı halda reper Ramin Naranı oyundan uzaqlaşdıracağını deyib.
Lakin sonda Aysel 37,81 faiz səslə özü "Maşın"ı tərk etməli olub.
Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.