“Maşın şou”nun növbəti buraxılışı geridə qalıb.
Teleqraf.com-un məlumatına görə, yarışın 5-ci günündə aktrisa Nərgiz Əliyeva SMS səsverməsinə çıxarılıb.
O, qalib gələcəyi təqdirdə şairə Nazilə Səfərlini oyundan kənarlaşdıracağını bildirib.
Bir çox iştirakçı tərəfindən bu qərarına görə dəstəklənən Nərgiz istəyinə nail ola bilməyib. O, 45.90 faiz səs toplayıb. Aktrisa şounu ağlayaraq tərk edib.