Xalq artisti Zülfiyyə Xanbabayevanı zəhərləmək istəyiblər.
Teleqraf.com-un məlumatına görə, müğənni bu barədə “Popumuz var” verilişində danışıb:
“Dəfələrlə mənə qarşı təxribatlar olub. Özü də bunu təşkil edən müğənnilər olub. Kim olduqlarını bilmişəm, lakin onlara bildirməmişəm. Mən konfliktə getmirəm. Çünki emosional adamam və özümü itirə bilərəm. Bir təxribat Tarkanın konsertində baş vermişdi. Konsert ərəfəsində bir şey verib zəhərləmək istəyirdilər. Bu bir restoranda baş vermişdi və mən buna hazırlıqsız idim. Gözləmirdim. İndi onlarla görüşəndə salamlaşıram. Allahın salamıdır”.