27 Avqust 2014 10:18
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir gündəmdən uzaqlaşan xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, İspaniya, İtaliya və bir çox ölkələri gəzən müğənni ötən gün vətənə qayıdıb. Evinə gələn N.Dostəliyeva maraqlı sürprizlə qarşılaşıb. Pərəstişkarlarından biri olan Suqra ifaçı üçün sürpriz hazırlayıb. Belə ki, müğənnini çox istəyən fanatı onun evinin ətrafını güllərlə bəzəyib.

Fotosunu İnstaqram səhifəsində paylaşan Nazpəri Dostəliyeva “Təyyarədən saat beşdə endim, evə gələndə bu cür qarşılamanı gördüm şoka düşdüm. Hər birinizə belə xoşbəxtlik, sənət sevgisi arzulayıram” sözlərini yazıb.


Müəllif: