24 Dekabr 2018 14:57
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Vüqar Əbdülov hazırda meyxanadan satiranın çıxarıldığını qeyd edib.

Teleqraf.com-un məlumatına görə o, “Boş anlar” verilişində bildirib ki, həmkarları deyişərkən qarşı tərəfin zəif nöqtəsini tapmağa çalışırlar:

“Əliağa Vahidin yazılarını oxuyursan, görürsən ki, Hitlerə qarşı, atanın oğula nəsihəti və başqa şeirlər yazıb. Bunların hamısında elə gözəl aktyorluq, elə gözəl satira var ki... İndi meyxanadan satiranı çıxarıblar.

Çox üzr istəyirəm, meyxananı it boğuşması, xoruz döyüşməsinə gətirib çıxarıblar. Elə bil ki, əlbəyaxa döyüş növünə çeviriblər. Vay o günə ki, birinin zəif yerini bilələr. Onu tez-tez deməyə başlayırlar.Tərif və ya tənqid etsən bir neçə adamın dilindən danışmaq lazımdır. Öz fikrini desən, tamaşaçı üçün maraqlı olmayacaq”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər