Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, rəqqasə “X maqazin” verilişində bildirib ki, 11 ildiri 2-ci dəfə ailə qurub:
“Bu yaxınlarda məni incidən xəbər oldu. Votsapımda ailə üzvlərimin şəklini paylaşmışam. Jurnalist nə ixtiyarla həyat yoldaşımın fotolarını götürüb saytda xəbər yazır?
Sosial şəbəkələrdə şərh yazırlar ki, bunlar həyat yoldaşlarını niyə gizlədir? Tanıyanlar bilir ki, 11 ildir normal ailəm var. Mən kiminsə ərini əlindən almamışam ki, gizlədim. Kimdənsə qorxub çəkinmirəm. Bu insan sosial şəbəkələrdə görünmək istəmir. Onun xarakteri belədir”.
Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyeva Xəyal adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı var.
Rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı dünyaya gəlib.