Müğənni Şəbnəm Tovuzlu ( Əsədova ) özünə ad günü edib.
Teleqraf.com-un məlumatına görə, ifaçı paytaxtın istirahət məkanlarının birində keçirilən ad gününə şou-biznesin bir çox tanınmış simalarını çağırıb.
Bir çox anları ilə yadda qalan doğum günündə Şəbnəm göz yaşı töküb. Belə ki, müğənni Nazənin “Bu gün doğum günün” adlı mahnısını ifa edib. Nazənin ifasının sonunda bu mahnının Şəbnəm Tovuzlunun həyat yoldaşının sifarişi ilə müğənni üçün yazıldığını ilk dəfə etiraf edib. Bu etirafdan sonra Şəbnəm göz yaşlarına hakim ola bilməyib.
Ad günündən olan görüntüləri təqdim edirik: