Hindistanlı aktrisa Priyanka Çopra başa vurduğumuz ayda özünə 4 dəfə toy etdirib.
Teleqraf.com xəbər verir ki, amerikalı müğənni Nik Jonasa ərə gedən bollevudlu Priyanka Çopra Hindistandakı toylarından sonra bal ayına çıxıblar. Bal ayından qayıtdıqdan sonra ikinci dəfə özlərinə toy ediblər. Bununla kifayətlənməyən cütlük üçüncü dəfə gəlin-bəy kürsüsündə əyləşiblər. Sonuncu toyları üçün bir neçə gün öncə Delhidəki Tac Palacedə olub.
Nazirlərin, Hollivud ulduzlarının da qatıldığı toyda Priyanka Çopra Dior brendli əlbisə geyinib.