23 Yanvar 2019 15:25
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə əməkdar artist Rəhilə Bəndəliyeva “Səhər-səhər” verilişində danışıb.

O bildirib ki, 85 yaşlı xalq artistinin nəfəs almasında problem var:

“Evə bir neçə dəfə təcili tibbi yardım çağırıblar. Həkimlər onun səhhəti barədə bu gün dəqiq cavab verəcəklər. O, nəfəs almaqda çətinlik çəkir”.

Qeyd edək ki, Ceyran Haşımova 1934-cü ildə Bakıda anadan olub.


Müəllif: Aygül Qarayeva