Azərbaycanın əməkdar artist Röya Ayxan Murad Arifin “Popumuz var” verilişində qalmaqallı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, mahnısını plagiat adlandıran Elnarəyə belə cavab verib:
“Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir “UZİ”yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.
Röya aparıcının “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız” sualını belə cavablayıb:
“Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”.
İfaçı həmçinin illər öncə yaşadığı çətinliklərdən bəhs edərək, məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını, hətta onun anasının yeməklərini yediyini etiraf edərək, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb.