26 Fevral 2019 12:52
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişini bağlamağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə aparıcı özü verilişin dünənki buraxılışında etiraf edib. O bildirib ki, insanların ağır taleləri hər gün verilişdə müzakirə olunur və bütün bunlar onun səhhətinə mənfi təsir edir:

“Mövsümün axırı, mayın sonunda proqramı bitirəcəm. Çünki həqiqtən də çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını özüm yaşayıram. Verilişdə yaşananlar səhhətimə pis təsir edir, məhv oluram. Təzyiqim tez-tez dəyişir. Sadəcə öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. Qərar vermişəm ki, veriliş 3 ay sonra bağlansın”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər