1 Sentyabr 2014 12:28
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyevadan təzə xəbər var.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, sənətçi “Qafqaz bloku” adlı yeni rəqs hazırlayıb. Bu haqda əməkdaşımızla söhbətində rəqqasə özü deyib:

“Nəhayət, bir neçə müddətdir ki, üzərində çalışdığım “Qafqaz rəqsi”ni təqdim etdim. Onu iki qardaşla bərabər oynamışam. Düşünürəm ki, fərqli bir nümunədir. Çünki indiyə kimi bu rəqsi Azərbaycanda təqdim edən olmamışdı. Bunu ilk dəfə mən etdim. Quruluş Fərhad Vəliyevə məxsusdur”.

Fatimə onu da əlavə edib ki, noyabrda Hindistan və Türkiyədə festivallarda olacaq:

“Payızda yaradıcılıq işlərimlə bağlı planlarım çoxdur. Yeni rəqs nümunələri hazırlamışam. Belə ki, noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mərsin şəhərində keçirilən festivallara dəvət almışam. Hindistanda baş tutacaq tədbirdə “Səma” rəqs qrupu ilə birgə səhnəyə çıxacam”.











Müəllif: