Uzun müddətdir küsülü olan xalq artisti Aygün Kazımova və müğənni Roza Zərgərli tədbirlərin birində üz-üzə gəliblər.
Teleqraf.com-un məlumatına görə, ifaçılar salamlaşmayıb, bir-birinin üzünə belə baxmayıblar.
Əyləşdikləri masa yan-yana olan müğənnilər elə əyləşiblər ki, bir-birini görməsin.
Kazımova masaya yaxınlaşaraq arxasını Zərgərliyə çevirib oturub.
Qeyd edək ki, R.Zərgərli A.Kazımovanın ünvanına "Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil?" sözlərini demişdi. Xalq artisti isə ifaçının ünvanına "Şıntıramellalar" sözünü işlədib.