21 Mart 2019 23:57
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Beren Saat və həyat yoldaşı Kənan Doğulu 5 illik münasibətlərinə son qoyaraq boşanmaq qərarına gəliblər.

Teleqraf.com xəbər verir ki, Kənan ilə Berenin boşanması haqda xəbər 2. Sayfa adlı magazin programında səslənib.

Məlumata görə, 2014-cü ildə ailə quran cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Saat və Doğulu martın 28-də rəsmən boşanacaqlar.

Qeyd edək ki, cütlüyün evliliyində problemlərin olmasına Beren Saatın doğum günündə Instagram hesabındakı paylaşım səbəb olub. 35 yaşını qeyd edən aktrisa yazdığı statusla bütün medianın diqqətini öz üzərinə çəkib. Beren doğum günü ilə bağlı paylaşımda birinci məhəbbəti Efe Gürayı yada salıb. Yazdığı sətirlərdə isə həyat yoldaşı Kənan Doğuluya yer verməyib. Kənanın Bereni ad gününü təbrik etməməsi boşanma söz-söhbətlərini daha da gücləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər