Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə müğənni qardaşı və bacısı ilə şəkil yayımlayıb.
Teleqraf/com-un məlumatına görə, o bildirib ki, qardaşının ad günüdür:
"Anam və atamın mənə ən böyük hədiyyəsi, qardaşım və bacım - iki doğma insan... Bu gün varlığından dünyalar qədər xoşbəxt olduğum əziz və həssas ürəkli qardaşımın 70 yaşı tamam olur.
Xoşbəxt insansan, səni əhatə edən övladların, nəvələrin, bütün ailən səni çox sevir. Allahımdan sənə möhkəm can sağlığı arzulayıram. Ad günün mübarək canım qardaşım".
Qeyd edək ki, Z.Xanbabayevanın Dəniz adlı qız övladı var.