Aktrisa Beren Saat və müğənni Kenan Doğulu cütlüyünün boşanması ilə bağlı daha bir fakt üzə çıxıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa İnstaqram paylaşımları ucbatından qaynanası Serpil Doğulunun qəzəbinə tuş gəlib. Onların marketdə dava etdiyi bildirilir.
Bu arada Beren Saat evini dəyişərək Hisarüstündə dəniz sahillərində kirayə tutduğu evə köçüb.